Tıxacda gedən sürücü "radar"a düşdü: DYP onu 40 manat cərimələdi - VİDEO

OXUNUB: 921 SOSİAL
Bakıda qəribə hadisə yaşanıb.
 
AZXEBER.COM-a müraciət edən Nazim Ələkbərov adlı sürücü bildirib ki, tıxacda getdiyi halda ona radar gəlib.
 
Sürücü iddia edir ki, Dövlət Yol Polisinin bu cəzası qanunsuzdur: "Bakı - Quba yolunun 7.4 kilometrliyində, 20 yanvar yaxınlığında tıxacda yol gedirdim. Mənim idarə etdiyim 90-CA-171 seriyalı Mercedes - 190 avtomobilinə DYP-dən cərimə gəlib. Onlar iddia edir ki, guya mən yol hərəkətinin və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmişəm. Əslində, isə mən o yolda istəsəm də, qaydanı poza bilməzdim. Çünki orada tıxac idi və manevr etmək mümkünsüz idi".
 
Nazim Ələkbərov deyib ki, pozmadığı qaydaya görə 40 AZN cərimələnib. 
 
Sürücü həmin görüntüləri də AZXEBER.COM-a təqdim edib.
 
Görüntülərdən də məlum olur ki, Mercedes-190 qaydaları pozmur. Həmin qaydanı taksi sürücüsü pozur. 
 
Həmin videonu təqdim edirik:
 

 
 
İcmal.Az

RƏYLƏR