TÜKÜRPƏDƏN CİNAYƏT: Ana övladına baxan dayəni yandırdı - FOTO

OXUNUB: 578 DÜNYA

Londonda tükürpədən cinayət hadisəsi baş verib.

İcmal.Az gazeta.ru-ya istinadən xəbər verir ki, körpə uşağa dayəlik edən 21 yaşlı Sofi Lionenin yanmış meyiti tapılıb. Uşağın anası boyfrendi ilə əlbir olaraq onu yandırıb.

Cinayətin üstü qonşuların həyətdən yanmış ət qoxusu gəlməsindən şikayət etdikdən sonra açılıb. Sofinin yanmış meyitinin qalıqları həyətdən tapılıb.

Polisin ilkin araşdırmasından sonra məlum olub ki, fransız cütlük Sabrina Kuayder və Kissem Meduni dayənin cadugərliklə məşğul olmasından şübhələnib. Onlar Lioneni girov götürüblər, döyüblər, ac saxlayıblar və daha sonra yandırıblar. Cütlük onun boyunbağı oğurladığını da izahatda qeyd edib.

İcmal.Az

RƏYLƏR