Tolik Zəhranın qəbri üstünə gedən Kamili topa tutdu- "Nə olsun? Sabah çıxıb yenə kiməsə var-yox söyüşü söyəcək"

OXUNUB: 3130 ŞOU-BİZNES

Prodüser Tolik (Tarix Əliyev) Zəhranın məzarı üstünə getdiyinə görə Kamil Zeynallını qınayıb.

Bu sözləri a24.az-a açıqlamasında prodüser Tolik idmançı Kamil Zeynallının 2 yaşlı Zəhranın qəbrini ziyarət etdiyinə görə qınayarkən deyib:

"Kamildir də. Yenə gündəmə gəlmək üçün nə isə etməyə çalışır. Bu hərəkətləri ilə özünə xal qazandırır. Getmisən çox sağol, amma niyə şəkil çəkdirirsən ki? Guya biz yaxşılıq etmirik? Ziyarət etməmişik deyə qınaq obyektinə çevrilmək də düz deyil. Bu gün ziyarətə gedib, bir müddətdən sonra çıxıb yenə kiminsə var-yoxunu söyəcək. Zəhra balamız hamımızın ağrılı yeridir. Bu hərəkətlərlə gündəmə gəlmək yersizdir.”

Qeyd edək ki,  idmançı Kamil Zeynallı qızı Sahilə ilə Erməni təxribatı nəticəsində həlak olan 2015-ci il təvəllüdlü Zəhranın qəbrini ziyarət edib.

 

Sfera.az

 

RƏYLƏR