"Torqovı"da 19 yaşlı gənc bıçaqlandı - Sevdiyi qıza sataşdılar - FOTOLAR

OXUNUB: 661 HADİSƏ

Bakının mərkəzində 19 yaşlı gənc sevdiyi qıza sataşan oğlanlarla mübahisə zamanı bıçaqlanıb.

Hadisə Səbail rayonunda baş verib.

Belə ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Nizami küçəsində, "Torqovi" kimi adlanan ərazidə 1998-ci il təvəllüdlü Rəşad Zeynalov sevdiyi qızla Yeni il şənliyi ilə bağlı hazırlanmış işıqdan dekorasiya ilə düzəlmiş ərazidə şəkil çəkdirirmiş. Bu zaman 3 naməlum oğlan mobil telefonla həmin qızın fotosunu çəkirmiş. Bundan əsəbləşən R.Zeynalov onlarla mübahisə edib. Nəticədə R.Zeynalov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinənlər ərazidən qaçarkən Səbail RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları onlardan birini saxlaya bilib. Digər şəxslər axtarışdadır./report


İcmal.Az

RƏYLƏR