“Torqovı”da motosiklet qaçırdılar

OXUNUB: 553 HADİSƏ

Bakının mərkəzində motosiklet oğurlanıb.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Əliyev Elmar Canbaxış oğluna məxsus qara rəngli, "Zontes” markalı, 99-A-876 nömrə nişanlı motosiklet Nizami küçəsi 46-nın ("Torqovı” məhəlləsi) qarşısından qaçırılıb.

Motosikletin tapılması və onu qaçıran şəxsin tutulması istiqamətində iş aparılır.

İcmal.Az

RƏYLƏR