Tovuz sakini 63 yaşlı əmisini bıçaqladı

OXUNUB: 599 HADİSƏ

Tovuz rayon sakini qardaşı oğlu tərəfindən bıçaqlanıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Abdullayev Həzi İmamqulu oğlu mübahisə zəminində qardaşı oğlu tərəfindən qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR