Tovuzda 18 yaşlı qız evlənmək məqsədilə oğurlanıb. İCMAL.az-ın məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində baş verib. Rayonun Abdal kənd sakinləri, 1992-ci il təvəllüdlü Zeynalov Tural Nazim oğlu, 1996-cı il təvəllüdlü Musayev Pərviz Vüqar oğlu və 1994-cü il təvəllüdlü Qasımov Mehman Məhəmməd oğlu qabaqcadan əlbir olaraq rayonun Əhmədabad kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Ziyad qızını evinin yaxınlığından zorla maşına mindirərək evlənmək məqsədilə Gədəbəy rayonunun Tərsyer kəndinə apararaq orada saxlayıblar. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədovanın yeri müəyyən edilib və qız rayon polis şöbəsinə gətirilib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən adam oğurluğu) maddəsilə cinayət işi başlanıb, T.Zeynalov, P.Musayev və M.Qasımov şübhəli şəxs qismində saxlanılıb.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
10.12.2019, 12:22 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
10.12.2019, 12:19 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
10.12.2019, 12:13 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Abşeronda top mərmisi aşkarlanıb (FOTO)
31.10.2019, 10:40 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Bakıda qanunsuz süd məhsulları sexinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
24.10.2019, 17:04 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
DSX: Axtarışda olan şəxslər və narkotik alverçiləri saxlanılıb
19.10.2019, 10:53 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri direktora ağır cəza verilməsini istəyiblər - MƏHKƏMƏ
18.10.2019, 13:29 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə, İQTİSADİYYAT Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun pardaxlanan tenderləri...
-
Səhiyyə, GÜNDƏM, Özəl “İstanbul NS Klinikası” (Stimul Hospital) etiraf etdi: SİSTEM KÖÇÜRDÜK, XƏSTƏ VƏFAT ETDİ
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT "Grandmart" supermarketlər şəbəkəsində kassa maxinasiyası: DİQQƏTLİ OLUN