Tovuzda 26 kondisioner oğurlayan şəxs saxlanıldı - VİDEO

OXUNUB: 743 HADİSƏ

İyunun 22-də Tovuz rayonunun Bozalğanlı kəndində tikintisi hələ başa çatmayan Nizami adına Mədəniyyət evindən 26 ədəd kondisionerin oğurlanması barədə polisə məlumat verilib.

İcmal.Az
ARB TV-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-axtarış işlərinə başlayıblar və Gəncə şəhər sakini 31 yaşlı Tahir Orucov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Orucov əməlini boynuna alıb. Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, qarət etdiyi kondisonerlərin hamısını Gəncədəki mağazalara satıb və əldə etdiyi pulu xərcəyib.

Fakt araşdırılır.

İcmal.Az

 
 
 
 
 

Videonu izləmək üçün şəklə klikləyin:

Tovuzda 26 kondisioner oğurlayan şəxs saxlanıldı

RƏYLƏR