Tovuzda 27 yaşlı kişi qonşusu tərəfindən döyülüb

OXUNUB: 765 SOSİAL HADİSƏ

Tovuz rayonunda yerli sakin qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb.

 Hadisə rayonun Düzqırıxlı kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Elyar Rüstəm oğlu Tanrıverdiyev hələki bilinməyən səbəbdən qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR