Tovuzda fəhlə işləyən Gəncə sakinini ilan sancdı

OXUNUB: 653 SOSİAL

Tovuz rayonunda fəhləni ilan sancıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Rayon ərazisində fəhlə işləyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Anar Şakir oğlu Hüseynovu Kür çayının kənarında iş görərkən ilan sancıb.

O, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, A.Hüseynovu gürzə ayağından sancıb./trend

 

İcmal.Az

RƏYLƏR