Tovuzda iki yaşlı uşaq qaynar qazana düşüb

OXUNUB: 753 HADİSƏ

Tovuz rayonunda iki yaşlı uşaq qaynar su ilə dolu olan qazanın içinə düşüb.

Hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. 

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Səkinə Bəxtiyar qızı Əsgərova yaşadığı evdə ehtiyatsızlıq nəticəsində içərisi qaynar su ilə dolu olan qazanın içinə düşüb. 

Nəticədə yanıq xəsarətləri alan azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

 İcmal.Az


RƏYLƏR