Tovuzda imtahandan kəsilən qız intihara cəhd etdi

OXUNUB: 869 HADİSƏ

Tovuz rayonunda 17 yaşlı şagird qəbul imtahanından kəsildiyi üçün intihara cəhd edib.

Tovuz rayon sakini, 2000-ci il təvəllüdlü Ağayeva Təhminə Sucəddin qızı dünən keçirilən qəbul imtahanından kəsilib, axşam saatlarında isə anasının istifadə etdiyi müxtəlif həbləri içərək intihara cəhd edib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qıza dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. 

Həkimlər qızın vəziyyətinin orta-ağır olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR