Tovuzda istirahət mərkəzində yanğın: Turistlər evakuasiya olundu

OXUNUB: 688 HADİSƏ

Tovuz rayonunda istirahət mərkəzində yanğın olub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şamlı kəndi ərazisində yerləşən "Narzan” ailəvi istirahət mərkəzində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və əməkdaşları cəlb olunub. İlkin məlumata görə, istirahət mərkəzində 200 kvadratmetr ərazidə yerləşən 8 otaq və kafe yanıb.

Yanğın nəticəsində yaxınlıqda olan beş iri gövdəli ağac da məhv olub. Hadisə zamanı istirahətdə olan turistlər və istirahət mərkəzinin işçiləri evakuasiya edilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

İcmal.Az

RƏYLƏR