Tovuzda miktoavtobus "VAZ"la toqquşub - 2 ölü, 1 yaralı var

OXUNUB: 591 GÜNDƏM HADİSƏ
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 23-də saat 17 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində kənd sakini Qədim Ağayevin idarə etdiyi "VAZ-2107” markalı avtomobillə şəhər sakini S.Quliyevin idarə etdiyi "Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağayev və sərnişinlərindən həmkəndlisi İsmət Qarayev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

RƏYLƏR