Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

OXUNUB: 708 SOSİAL HADİSƏ

 Tovuz rayonunda 25 yaşlı velosipedçi idarəetməni itirərək dərin quyuya düşüb.

 Hadisə rayonun Qəribli kəndində baş verib. 

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Etibar Qəzənfər oğlu Musayev velosipedlə yüksək sürətlə hərəkətdə olarkən diqqətsizlikdən yol kənarındakı quyuya düşüb. Nəticədə baş və üz nahiyələrindən ağır xəsarət alan velosipedçi yaxınlıqdan keçən şəxslər tərəfindən xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və travmatologiya şöbəsində müalicəsi davam etdirilir. 

Yaralının üzünün tanınmaz hala düşdüyü bildirilir, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

 

İcmal.Az

RƏYLƏR