Tovuzda yol qəzasında ər və arvad ağır yaralanıb

OXUNUB: 472 HADİSƏ

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. 

Hərəkətdə olan "VAZ-2107” və "VAZ-2121” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107” də olan iki nəfər, Qovlar şəhər sakini, 1951-ci il təvəllüdlü Nazim Məmməd oğlu Şamilov və onun həyat yoldaşı 1951-ci il təvəllüdlü Məzə Müseyib qızı Şamilova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR