Tovuzda zəncirvari qəza olub, yaralılar var

OXUNUB: 571 HADİSƏ
Tovuzda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

Qəza nəticəsində xəsarət alan Tovuz rayon sakinləri - 1957-ci il təvəllüdlü Tağıyeva Samama Kərəm qızı, 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, Şəmkir rayon sakinləri – 1984-ci il təvəllüdlü Rüstəmova Sevil İlqar qızı, 2012-ci il təvəllüdlü Rüstəmova Ayvın Adil qızı və 1957-ci il təvəllüdlü Elena Rzayeva xəstəxanaya yerləşdiriliblər.

***

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

Qəza Bakı - Qazax yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

"VAZ 2106”, "VAZ 2107” və "Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR