Toya gələn mafiya başçısını belə qarşıladılar (VİDEO)

OXUNUB: 1016 DÜNYA
Türkiyənin tanınmış mafiya başçısı Şahin Turqutu toyda tapança və avtomatlardan havaya atəş açaraq qarşılayıblar.

Hadisə Türkiyənin paytaxtı Ankaranın Haymana qəsəbəsində baş verib.

Mafia başçısının qarşılanma anı videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb.

Bundan sonra polis hərəkətə keçib və atəş açan 17 nəfərdən 12-si saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində də iş aparılır.

Verilən məlumata görə, Turqut Şahin daha öncə cinayətkar qruplaşmaya liderlik etməkdə ittiham olunaraq həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Mafia başçısının qarşılanma anının videosunu sizlərə təqdim edirik:/qaynarinfo


 

İcmal.Az

RƏYLƏR