Toyda bəy və bacısı vuruldu - Bəxşiş üstündə

OXUNUB: 784 DÜNYA

Türkiyənin Qars şəhərində toyda cinayət hadisəsi qeydə alınıb.

Şərafəttin Kapçak adlı bəy qız evinə gedərkən, bəxşiş almaq istəyən gənclər avtomobilin qarşısını kəsiblər.

Gənclərin əlində tüfəng olub. Gənclərdən biri tüfənglə ehtiyatsız davranıb və avtomobilə tərəf 2 güllə açılıb. Hadisə nəticəsində bəy və bacısı Necla Kapçak yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Başından yaralanan bəy əməliyyat edilib.

Hadisə ilə bağlı iki nəfər - E.Y. və M.Y. saxlanılıb. Araşdırma davam etdirilir./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR