Toylarda döyülən müğənnilər - ADLAR

OXUNUB: 1046 ŞOU-BİZNES
Müğənni İzzət Bağırova "Neolit” şadlıq evində hücum olunması və döyülməsinə cəhd edilməsi sənətçilərin qarşılaşdığı ilk belə hal deyil.

İcmal.Az-ın məlumatına görə, axar.az-ın media üzərindən apardığı araşdırma zamanı məlum olub ki, bundan qabaq da tanınmış müğənnilər içində toylarda, el şənliklərində, müxtəlif məclislərdə döyülənlər olub.

Onlardan biri müğənni Cavanşir Məmmədovdur. Ötən il "Movida Plaza” şadlıq sarayında baş tutan məclisdə 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu onu döyüb və həmin şəxs polis tərəfindən saxlanılıb.

2011-ci ildə müğənni Ədalət Şükürov "Neon” şadlıq sarayında içkili şəxs tərəfindən döyülüb. Müğənni özü də həmin dövrdə mətbuata açıqlamasında faktı təsdiqləyib və onu vuran şəxsi üzr istədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət etməyib.

İfaçılar içərisində "ölümünə döyülən" isə Vüqar Muradov olub. Onu Moskvaya toya dəvət edən şəxslər Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. 2015-ci ildə baş verən bu cinayətin təfərrüatı mətbuatda geniş yazılıb.

Müğənni Elton Hüseynəliyevin də toyda başına iş gəlib. Ona kəllə vuran adamla müğənnini toy yiyəsi və qohumları aralayıb. Həmin kəllədən sonra Eltonun burnunda çəpər əyriliyi yaranıb.

Bəstəkar-müğənni Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə sosial şəbəkələrdə məlumatlar yayılsa da, ifaçı hadisəni təkzib etmişdi.

Əslində, bu siyahını uzatmaq da olar. Sadəcə, yaxın keçmişdə baş verən hadisələrin arayışını hazırlamaqla yanaşı dünyada məşhur ulduzların da döyülməsi faktlarına diqqət çəkməyə çalışdıq. Fərq ondandır ki, dünya məşhurları toylarda döyülməyiblər.

Məsələn, Amerikanın pop ulduzu Rihanna 2009-cu ildə "Qremmi" mükafatlandırma mərasimində nişanlısı Kris Broun tərəfindən döyülüb. Rihanna şikayətçi olmasa da məhkəmə Brouna 6 ay həbs vermiş, müğənniyə isə 50 metrdən az bir məsafədə yaxınlaşmasına icazə verməmişdi.

Aktrisa Pərixan Savaş sənətçi əri İbrahim Tatlısəs tərəfindən döyülüb. İbrahim həyat yoldaşını Dərya Tuna ilə aldadıb. Ailə arasında baş vermiş münaqişənin sonu aktrisanın ciddi döyülməsi ilə başa çatıb.

Məşhur müğənni Madonna ilə isə 1985-ci ildə ailə həyatı qurduğu Sean Penn arasında davaları çox olub. Penn içkiyə qurşandığından sonra hər gün Madonnanı döyüb. Müğənninin əri tərəfindən başına çubuqla 
 zərbələr endirilməsi, əllərini stola bağlayaraq saatlarla döyülməsi ölkə gündəmini bir-birinə qatmışdı.
 
 
İcmal.Az

RƏYLƏR