Toyundan bir gün əvvəl öldürüldü - FOTO

OXUNUB: 857 DÜNYA
Türkiyənin İzmir şəhərində ölümlə nəticələnən insident baş verib.

Kamalpaşa məhəlləsində toy öncəsi baş tutan ciyəraxşamında ev sahibi münasibətlərinin pis olduğu qonşusu ilə mübahisə edib. Pnevmatik ov tüfəngindən atəş açan Musa Ö. adlı şəxs toya hazırlaşan 23 yaşlı İsmayıl Kayanı sinəsindən vurub. Eyni zamanda, hadisəyə müdaxilə etmək istəyən digər ailə üzvlərinə də atəş açılıb. 23 yaşlı gənc aldığı güllə yarasından həyatını itirib. Xəstəxanaya çatdırılan digər 4 nəfərin isə həyati təhlükəsinin olmadığı deyilir.

Polis hadisəni törədən şəxsi yaxalayıb. Faktla bağlı araşdırma aparılır./metbuat.az
 
İcmal.Az

RƏYLƏR