Tramp açıqladı: "FTB direktorunu ona görə işdən qovdum ki..."

OXUNUB: 993 DÜNYA
ABŞ prezidenti Donald Tramp FTB direktoru Komini niyə işdən qovduğunu açıqlayıb.


Trampın açıqlamasına əsasən Ceyms Komi işinin öhdəsindən gələ bilmədiyi üçün işdən qovulub.
ABŞ prezidenti deyib: "İşini yaxşı görə bilmirdi. Bu qədər bəsit. İşinin öhdəsindən gələ bilmirdi".

Tramp Tvitter hesabında isə bu açıqlamanı verib: "Komi istər Respublikaçılar, istərsə də, Demokratların etimadını itirmişdi. İşlər normallaşanda hamı bu qərarıma görə mənə təşəkkür edəcək".

ABŞ prezidentinin köməkçisi Mayk Pens də Konqresdə mətbuat nümayəndələrinə açıqlama verərək Trampın bu qərarını müdafiə edib: "Prezident Tramp doğru zamanda doğru qərar verib və böyük liderlik göstərib. Kominin tutduğu vəzifədən azad edilməsi Rusiya istintaqı ilə əlaqəli deyil"./olke.az
 
İcmal.Az

RƏYLƏR