Tramp Avropa Birliyi və Rusiyanı ABŞ-ın düşməni adlandırdı

OXUNUB: 627 DÜNYA

ABŞ prezidenti Donald Tramp bildirib ki, Avropa Birliyi, Rusiya və Çini ABŞ-ın düşməni hesab edib. 

İcmal.Az xəbər verir ki, o, fikirlərini "CBS News” telekanalına müsahibəsində deyib. 

"Düşünürəm ki, bizim çoxlu düşmənimiz var. Avropa Birliyi ticarət planında düşmənimizdir. Ola bilsin ki, siz Avropa Birliyi haqqında belə düşünmürsüz, ancaq o, bizim düşmənimizdir. Rusiya bir neçə aspektdə, Çin iqtisadi planda düşmənimizdir”, - o bildirib. 

Bununla yanaşı, Tramp əlavə edib ki, düşmən statusu bu ölkələrin pis olduğu anlamına gəlmir:

"Bu o deməkdir ki, onlar bizim rəqiblərimizdir. Mən bu ölkələrin liderlərinə hörmət edirəm”. 

Xatırladaq ki, iyulun 16-da Helsinkidə Trampla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq.

İcmal.Az

RƏYLƏR