Tramp Cənubi Koreyanın yeni prezidentini Vaşinqtona dəvət edib

OXUNUB: 935 DÜNYA

ABŞ prezidenti Donald Tramp Mun Çje İni Cənubi Koreya prezidenti seçilməsi münasibətilə təbrik edib və Vaşinqtona səfərə dəvət edib. 

İcmal.Az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. 

"Prezident Donald Tramp prezident Mun Çje İn ilə danışıb, onu və Koreya xalqını seçkilərdə qələbə münasibətilə təbrik edib və hakimiyyətin demokratik yolla keçməsi münasibəti ilə təbrik edib. Prezident Tramp və prezident Mun ABŞ və Cənubi Koreya alyansını möhkəmləndirmək və iki ölkə arasında dostluğu daha da dərinləşdirməyə dair razılığa gəliblər”, - məlumatda deyilir. 

Tramp qeyd edib ki, cənubi koreyalı həmkarı ilə görüşü səbirsizliklə gözləyir və onu yaxın gələcəkdə Vaşinqtona səfər etməyə dəvət edib. Mun Çje İn öz növbəsində dəvəti qəbul edib. 

"Toburo” Birləşmiş demokratik partiyanın namizədi Mun Çje İn Cənubi Koreyada təcili prezident seçkilərində qalib gəlib. 

 

İcmal.Az

RƏYLƏR