Tramp Çin, Yaponiya və Böyük Britaniya liderləri ilə görüşəcək

OXUNUB: 732 DÜNYA
ABŞ prezidenti Donald Tramp "G20" sammiti çərçivəsində Çin, Yaponiya və Böyük Britaniya liderləri ilə görüşəcək.

Bu barədə Ağ Evdən məlumat veriblər.

Amerika lideri Hamburqda keçirilən sammitdə Britaniyanın baş naziri ilə görüş keçirəcək. Sonra isə qadın sahibkarlar forumuna baş çəkəcək, liderlərin işgüzar iclasında iştirak edəcək. Buradan isə İndoneziya və Sinqapur liderləri ilə geniştərkibli görüş keçirməyə yollanacaq.

Yeməkdən sonra Tramp Yaponiyanın baş naziri Abe ilə görüşəcək. Çin lideri ilə görüş Trampın bu sammit çərçivəsində sonuncu görüşü olacaq./olke.az
 
İcmal.Az

RƏYLƏR