Tramp Kim Çen Inla görüşə hazır olduğunu bildirib

OXUNUB: 1227 Özəl DÜNYA
ABŞ

Bakı. 1 may. / ABŞ prezidenti Donald Tramp münasib şəraitdə KXDR lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" xəbər verib.

"Əgər bu, münasib şəraitdə olsaydı, mən tam hazır olardım, mən bunu şərəf sayardım. Təkrar edirəm, əgər bu, münasib şəraitdə olacaqsa. Amma mən bunu edərdim"- deyə o bildirib.

Tramp həmçinin qeyd edib ki, bir çox siyasətçilər heç vaxt belə şey deməyiblər. Ağ Ev rəhbəri əlavə edib ki, onda Kim Çen Indan "qaynar xəbərlər" var.

 

RƏYLƏR