"Tramp mənimdir!" - Onlar arasında mübarizə başladı

OXUNUB: 573 DÜNYA

ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı İvana Tramp "Ağ ev" rəhbərinin qazandığı uğurlarda özünün payı olduğunu iddia edib.

3 uşaq anası olan 68 yaşlı xanım yerli mediaya "Raising Trump"(Trampı inkişaf etdirmək ) adlı kitabını nümayiş etdirib. O keçmiş həyat yoldaşı barədə belə deyib:

 

"Ağ ev"ə birbaşa zəng edə bilərəm. Lakin Melanya orda olduğu üçün bunu etmək istəmirəm. Qısqanclıq yaratmaq istəmirəm. Mən Trampın ilk həyat yoldaşıyam. Mən birinci xanımam! Bildinizmi?!"

Trampın hazırki həyat yoldaşı Melanya isə bu sözlərə belə cavab verib:

"ABŞ-ın birinci xanımı olmaqdan qürur duyuram. Ünvanım və rolumdan uşaqlarıma dəstək olmaq üçün istifadə edirəm. Kitab satmaq üçün deyil"./metbuat

 

İcmal.Az

RƏYLƏR