Tramp: Neftin qiymətləri çox şişirdilib - FOTO

OXUNUB: 918 İQTİSADİYYAT

Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEC neftin qiymətini süni şəkildə qaldırır.

İcmal.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter”dəki hesabında qeyd edib: 

"Görününür, OPEC yenə bunu edir. Hər yerdə rekord miqdarda neft var, o cümlədən dənizdə tam yüklənmiş vəziyyətdə gəmilər dayanıb. Neftin qiymətləri süni şəkildə çox yüksəldilib. Burada yaxşı heç nə yoxdur və bu, qəbul edilməyəcək”. 

Ağ Evin rəhbəri qeyd edib ki, neft qiymətlərinin süni artımı dünya iqtisadiyyatına mənfi təsir edir. Eləcə də, ABŞ-ın iqtisadi artımını əhəmiyyətli dərəcədə pozur. O, OPEC-i özünün mövqeyini dəyişməyə çağırıb. 

 

İcmal.Az

RƏYLƏR