Tramp Rusiyadan kömək istədi

OXUNUB: 611 DÜNYA

ABŞ lideri Donald Tramp Rusiyanı Koreya yarımadasında böhranın aradan qaldırılması üçün kömək göstərməyə çağırdı.

 Bu haqda "Agence France-Presse” məlumat yayıb.

"Vaxt gedir, biz sürətli hərəkət etməliyik. Ümid edirəm ki, Çin bu problemin həllində daha sürətli və daha effektiv hərəkət edəcək. Mən həmçinin, Rusiyanı da potensial olaraq çox faciəli vəziyyəti aradan qaldırmağa kömək etməyə çağırıram", - Tramp agentliyə bildiib.

Xatırladaq ki, Koreya yarımadasındakı siyasi böhranla əlaqədar BMT Təhlükəsizlik şurası Koreya Xalq Demokratik Respublikasına yeni sanksiyalar tətbiq edib. Pxenyanın ixracat və idxal imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq./publika

 

İcmal.Az

RƏYLƏR