Tramp və Lavrov Ağ evdə görüşəcəklər

OXUNUB: 1082 DÜNYA

ABŞ prezidenti Donlad Tramp bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək. 

İcmal.Az BBC-yə istinadən xəbər verir ki, məlumatı Ağ evin mətbuat xidməti təsdiqləyib. 

Görüş Ağ evin oval kabinetində keçiriləcək. Görüşdə jurnalistlər iştirak etməyəcəklər. 

Bu, ABŞ prezidentinin yanvarın 20-dən vəzifəsinin icrasına başladığı andan Rusiya rəhbərliyi ilə yüksək səviyyədə ilk görüşüdür.  

Xatırladaq ki, aprel ayında Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət katibi Reks Tillersonu qəbul etmişdi. 

 

İcmal.Az

RƏYLƏR