Tramp Yaxın Şərq üçün yeni macəra düşünüb – ŞƏRH

OXUNUB: 509 DÜNYA

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 12-dək İranla nüvə müqaviləsinin vaxtının uzadılmasına dair qərar qəbul etməyə məcburdur. Amerikalı liderin beynəlxalq ictimaiyyət üçün "çox pis” və "fəlakətli” saziş adlandırdığı müqaviləni pozacağı gözlənilir.

İcmal.Az xəbər verir ki, tanınmış rusiyalı bloqer, siyasi şərhçi Denis Korkodinovun fikrincə, bu vəziyyətdə Ağ Ev rəhbəri İsrailə hərbi variant kimi təqdim olunan imkan yaradacaq.

Bununla İsrailin bütün düşmənləri nüvə silahı yaratmaq imkanından məhrum olacaq. 

"Belə ssenarinin inkişafı İrana qarşı açıq hərbi münaqişənin gərginləşməsi anlamına gələcək. 

Donald Tramp rəsmi Tehranla nüvə razılaşmasını uzatmağa meyilli olmadığını açıqlayıb. "Amerikanın səsi” nəşrinin yayımladığı hesabatda ABŞ prezidentinin İranın artan təsiri ilə əlaqədar Pentaqona qarşı kəskin tənqidlə çıxış etdiyi bildirilib.

Vaşinqtonun hərbi nümayəndələri tərəfindən yayımlanan bu məlumatlar Ayətullah rejimə qarşı hərbi kampaniyanın hazırlanmasına birbaşa siqnal idiq”, - ekspert deyib. 

Onun sözlərinə görə, 2018-ci il aprelin 30-da İsrail Hərbi Hava Qüvvələrinin Suriyada İranın üç mövqeyinə qarşı həyata keçirdiyi raket hücumları böyükmiqyaslı hücum əməliyyatına hazırlıq mərhələsi idi. 

"Əsas hücumlar İranın İŞİD terror təşkilatına qarşı əməliyyatlarda istifadə etdiyi Hamadakı 47-ci hərbi bazaya edilib. 

Hücumların ABŞ prezidenti Donald Trampla İsrail baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığından və Təl-Əvivdə ABŞ xarici siyasət şöbəsinin rəhbəri Mayk Pompeonun keçirdiyi görüşlərdən dərhal sonra həyata keçirilməsi diqqətdən qaçmayıb”, - o qeyd edib.

Ekspertin fikrincə, bu vəziyyətdə Mayk Pompeonun İranla olan qarşıdurmalarda rolu təsadüfi deyil:

"Donald Tramp Reks Tillersonu arxa plana keçirməklə Pompeonu bu vəzifəyə ona görə gətirdi ki, o, İranla nüvə sazişinin qatı əleyhdarlarından biridir. 

Pompeo senator Tom Kottonla birlikdə nüvə sazişində çox sayda çatışmazlıqlar aşkar edib”.

Korkodinov əmindir ki, Donald Tramp İrana qarşı Pompeo ilə eyni fikirdədir:

"Buna görə də Yaxın Şərqdə yeni hərbi münaqişə yaratmaq üçün onlar müvəqqəti birlik yaratdılar. 

Ancaq bu da ən başlıcası deyil. ABŞ prezidenti öz sələfinin irsindən tamamilə imtina etmək istəyir. 

Buna görə də 2018-ci il mayın 12-dən gec olmayaraq, Yaxın Şərqdə yeni hərbi münaqişə baş verə bilər. Əsas hədəf isə İranın Suriyadakı bazaları olacaq”, - ekspert qeyd edib.

İcmal.Az

RƏYLƏR