Tramp yeni FTB direktorunun namizədliyini Senata təqdim etdi

OXUNUB: 726 DÜNYA
ABŞ prezidenti Donald Tramp Kristofer Reyin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyini baxılmaq üçün Senata təqdim edib.

Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
 
D.Tramp iyunun 7-də K.Reyin FTB direktoru postuna namizədliyini irəli sürdüyünü bəyan edib.
 
Yel universitetinin məzunu, 51 yaşlı Kristofer Rey 2003-2005-ci illərdə Ədliyyə naziri və Baş prokurorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda K.Rey "King & Spalding” hüquq şirkətinin rəhbərlərindən biridir. /apa

 İcmal.Az

RƏYLƏR