Trampın prezidentliyi dövründə ABŞ-da işsizlik səviyyəsi xeyli dərəcədə aşağı düşüb

OXUNUB: 841 DÜNYA
Donald Trampın prezidentliyi dövründə ABŞ-da işsizlik səviyyəsi xeyli dərəcədə aşağı düşüb.


Rəsmi statistikaya görə, ABŞ-ın aprel ayı işsilik göstəricisi 4,4%-ə geriləyərək son 10 ilin minimal həddinə çatıb. Bununla yanaşı, aprel ayında ABŞ-da yeni iş yerlərinin sayı 190000 proqnozuna qarşı 211000 nəfər artıb.

Qeyd edək ki, hakimiyyətinin ilk günündə Donald Tramp ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzalayıb. Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

Trampın ilk tələblərindən biri də, Amerikanın avtomobil istehsal edən zavodlarının xarici ölkələrdən yığışdırılması oldu. D.Tramp öz twitter hesabında etdiyi paylaşımda ABŞ-ın ən böyük avtomobil konserni General Motors-un Meksikadakı fəaliyyətinə görə  tənqid etmişdi.

Lakin statistika göstərir ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın hakimiyyətə başladığı gündən bəri Amerika iqtisadiyyatında 227 min dollardan çox qazanc əldə olunub. ABŞ-ın Maliyyə və turizim nazirliyindən bildirilib ki, Trampın yeni qərarlarından sonra Amerikada çoxsaylı iş yerləri də açılıb. Trampın yeni sərəncamlarından sonra ABŞ-da 175 mindən çox iş yeri açılıb. Yeni rəhbər isə bildirmişdi ki, qısa zaman ərzində Amerikada 25 milyondan çox yeni iş yerləri açacaq./olke.az
 
İcmal.Az

RƏYLƏR