Trampın yeni hədəfi Kuba — Hərbi yardımlar dayandırılacaq

OXUNUB: 829 DÜNYA
ABŞ prezidenti Donald Tramp bu gün Kuba ordusuna edilən hərbi yardımların dayandırıldığını elan edəcək.


Tramp turizmə aid məhdudiyyətlərlə yanaşı bu addımı da atır. Bu isə Obama dövründə atılan bəzi addımların üstündən xətt çəkmək mənasına gəlir.
 
Ağ Ev açıqlama verərək prezident Trampın Mayamidə Kuba siyasətindəki dəyişiklikləri barədə ictimaiyyətə açıqlama verəcəyini bildirib. Açıqlamaya əsasən, ABŞ vətəndaşlarının Kubaya səfərlərinə dair tədbirlərin sərtləşdirilməsi və turizm şirkətlərinin fəaliyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulub.
 
Eyni zamanda Kuba ordusuna edilən ödənişlər də dayandırılacaq.
 
ABŞ vətəndaşları müəyyən şərtlər altında Kubaya səfər edəcək. 
 
Bununla yanaşı, ABŞ hökuməti Kuba ilə diplomatik münasibətləri davam etdirəcək. 2015-ci ildə Havanada yenidən fəaliyyətə başlayan səfirlik fəaliyyətinə davam edəcək./olke.az
 

İcmal.Az

RƏYLƏR