Trampla Ərdoğan ilk dəfə üz-üzə görüşəcək — Hansı mövzular müzakirə ediləcək?

OXUNUB: 844 DÜNYA
Türkiyə prezidenti Ərdoğan 16 may tarixində ABŞ-a səfər edəcək.

"Ölkə.Az" xəbər verir ki, Ərdoğan Ağ Evin Oval Kabinetində ABŞ prezidenti Donald Trampla üz-üzə görüşəcək.
Prezident səfər çərçivəsində Ağ Evin qarşısındakı "Blair House"da qalacaq. Oval Kabinetdə Trampla üz-üzə görüş keçirəcək Ərdoğan bu mövzuları müzakirə edəcək:
Silah yardımı: Vaşinqtonun Suriyadakı YPG-yə dəstək verməsinin yanlış olduğunu və bu yardımın NATO müttəfiqi Türkiyəyə qarşı təhdid yaradacağı bildiriləcək.
Suriya və İraq: Rakka və Membiç əməliyyatları müzakirə olunacaq. YPG-nin Türkiyə və Suriyada "Azad Suriya Ordusu" ilə üz-üzə gəlməməsi məsələsində ABŞ-dan təminat istəniləcək. Suriyadakı sünni və ərəblərin təlim keçməsi və bunlara hərbi dəstək verilməsi müzairə ediləcək. Mosul əməliyyatı və İraqın gələcəyi də gündəmdə olacaq.

Fətullah Gülənin ekstradisiyası: Fətullah Gülənin müvəqqəti olaraq həbs edilməsi və ekstradisiyası tələb ediləcək.

Zərrab və Atillanın vəziyyəti: "Xalqbank" baş direktorunun müavini Mehmet Hakan Atillanın həbs edilməsi və 75 il cəzaya məhkum edilən iş adamı Reza Zərrabın vəziyyətti ilə bağlı məlumat alınacaq.

S-400 məsələsi:  Rusiyadan alınacaq uzaq mənzilli raketdən müdafiə sistemi "S-400" gündəmdə olacaq.
 
İcmal.Az

RƏYLƏR