“Tri Koronı” kimi tanınan binaların yaxınlığında tikinti işləri gedir? – İcra Hakimiyyətindən açıqlama

OXUNUB: 1005 İQTİSADİYYAT

Bakının Yasamal rayonunda "Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmır.

 

7News.Az xəbər verir ki, bu barədə APA-ya Yasamal rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, hazırda həmin ərazidə abadlıq işləri aparılır: "Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur".

İcra Hakimiyyətindən o da bildirilib ki, mediada ərazi ilə bağlı yayılmış foto şəkillər köhnədir: "Hazırda ərazidə yalnız abadlıq və təmizlik işləri görülür".

RƏYLƏR