Tripolidə döyüşlər davam edir

OXUNUB: 987 DÜNYA
Liviya Milli Razılıq Hökuməti Tripoli Beynəlxalq Hava Limanını atəşə tutub.

7NEWS xəbər verir ki, hava limanı ətrafında general Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələrlə Milli Razılıq Hökumətinin rəhbəri Faiz Mustafanın başçılıq etdiyi qüvvələr arasında qarşıdurmalar yaşanır. 

Ötən gün Xəlifə Həftərin qüvvələri Tripoli Hava Limanına nəzarəti ələ keçirib. Qarşıdurmalarda 7 nəfər ölüb, 55 nəfər yaralanıb. Generalın əsgərləri 4 apreldə paytaxt Tripolini ələ keçirmək üçün əməliyyata başlayıb.

Qeyd edək ki, Tripoli Beynəlxalq Hava Limanı 2014-cü ildə dağıdılıb və fəaliyyət göstərmir.

RƏYLƏR