Turan Partiyası Başkanı: “Atatürkün "Nə mutlu türküm deyənə" fikrini doğru bilirik”

OXUNUB: 42700 MÜSAHİBƏ

Türk dövlətlərinin Turanın işlək İnanc Mərkəzi yaranmalıdır. Mərkəzin ali qurulunda inancların nümayəndələri tımsil edilməlidir. İnanclarımız da dünyaya ədalət gətirən Ulu Türk milləti ilə birlik olmalıdır!

Siyasətdə yeni olsada özünün bir çox təklifləri ilə ve çalışmaları iıə gündəm olan Turan Partiyası Azərbaycanda diqqət mərkəzindədi. Azərbaycanda ve digər Türk dövlətlərində Türklərlə yanaşı çox saylı milli azlıqlar ve islam olmayan dinlərin nümayəndələri yaşadığından, oxucularımız üçün maraqlı olan suallarla Turan Partiyası Başkanı Cahandar BAYOĞLU’na müraciət etdik.

- Cahanday bey bilirik ki, Turan coğrafiyasında ve Türk dövlətlırində Tüklərlə yanaşı çok saylı etnik azlıqlar da yaşamaqdadı. Siz Turanda milli siyasəti necə görüsünüz? Digər millətlərə münasibətinizi açıqlamanızı istəyərdik.

Türk min illərdi Amerika, Asiya və Avropada özünə yurd quran, dünyaya uyqarlıq gətirən bir irqin adıdır.Bu Türklərin toplu yaşadığı yer Turandır. Turan Partiyası Azərbaycan Respublikasında siyasi çalışmalar göstərsə də, mərhələli olaraq Turan coğrafiyasının bir siyasi yerləşim halına gəlməsini hədəfləyir. Bu baxımdan bizlər milli və etnik azlıqlar dedikdə, bütün Türk dövlətlərinin siyasi yaşayışını da düşünərək, Atatürkün "Nə mutlu türküm deyənə" fikrini doğru bilir, özünü türk bilən hər kəsi Türk olaraq qəbul edirik! Bunu həm də bir idealist yanaşma kimi dəyərləndiririk! Özünü Türk bilməyən hər kəs, aid olduğu etnik azlıqlara görüşlərimizdən və yurtdaşlıq hüququndan yararlanmalıdır. Güclü Türk milləti güclü dövlət deməkdir. Güclü dövlətdə yaşayan hər bir azlıq da güclüdür. Türk dövlətlətində yaşayan hər bir etnik azlıq dövlət qayğısında olmalı, milli mədəni haqları qorunmalıdır! Digər dünya millətlərindən heç birini özümüzə düşmən bilmirik və onlarla ikili iş birliyinə hazırıq. Bizə görə Rus, Fars, Çin şovinizmləri və onların erməni kimi əl altıları bizlərə düşməndir! Biz farslara, ruslara, çinlilərə düşmən deyilik. Onların adından Türk millətinə qarşı düşmənçilik edən şovinizmlərə qarşıyıq. Bu mübarək savaşda da qalib gəlib, dünyanı pisliklərdən xilas etmək də bizim misiyalarımızdandır!

-Cahandar bəy, bəs çox dinli tüklərin dini anlayışı və Türk Dövlətləri Birliyində inanc siyasəti necə olmalıdır?

Türklərin inancları ilə bağlı qafaqarışdırıcı yazılar dolaşmaqdadır. Bu həssas mövzuya Turan Partiyasının oturuşmuş yanaşması var və biz bu yoldayıq. Doğrudur Tək Tanrı inancı dünyanın ilk mədəniyyət daşıyıcısı olan Türklərdən başlamışdır. Bu Tenqriçilikdir. Zaman - zaman Türklər dünya hakimiyyəti məfkurələrinə görə bütün inanclara sahiblənmişlər. Bu inanclara sahiblənsələr də həyat fəlsəfələrində, məişətdə, ailə quruluşunda ilkin inancları olan Tanrıçılıqdan vaz keçməmişlər. Müasir dünyamızda Türklər daha çox buddizmlə yanaşı, İslam olmaqla, Lamayçı, Xiristian, Musəvi dinlərini də qəbul etməklə Tanrıçılığı da qoruyub saxlamışdır. Turan Partiyası üst kimlik olaraq Türklüyümüzü əsas götürüb və heç bir dini inanca qarşı deyil. Bir çox dinlərdə var olmağımız da dünyaya açılmağımıza bir yoldur. Biz bütün dini inancların azad və dövlət qayğısında olmağını düzgün hesab edirik. Bizə görə, Türk dövlətlərinin Turanın işlək İnanc Mərkəzi yaranmalıdır. Mərkəzin ali qurulunda inancların nümayəndələri tımsil edilməlidir. İnanclarımız da dünyaya ədalət gətirən Ulu Türk milləti ilə birlik olmalıdır!

7NEWS.az


RƏYLƏR