"Turanbank" “Pokrovka Məhərrəm”in əlaqəli olduğu şirkəti məhkəməyə verdi - Bu səbəbə görə

OXUNUB: 481 Özəl GÜNDƏM BANK HADİSƏ
"TURANBANK" ASC "AZFRUT" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib. 
"TURANBANK" ASC tərəfindən müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – kredit müqaviləsi üzrə mübahisələrlə bağlı sözügedən MMC-yə qarşı iddia qaldırılıb.

İş hazırda Ali Məhkəmədə hakim İman Nağıyevin icraatındadır.

"AZFRUT" MMC ilə yanaşı daha 3 nəfər  -  Ramizoğlu Ergin Ramiz oğlu,  Cabbarov Anar Camal oğlu, Hüsüeyn-zadə Yusifiyə Hüseyn qızı məhkəmə prosesində cavabdeh qismindədir.

Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, azərbaycanlı biznesmen, bir vaxtlar Moskvada topdansatış meyvə-tərəvəz ticarətinə nəzarət edənlərdən biri olan Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsilə Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən meyvə-tərəvəzin idxalı və "Pokrovsk” bazarı üzərindən paylanılmasını həyata keçirib.

Məlumatda bildirilir ki, əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur "Pokrovsk” bazarını işlədərkən alıb. 2014-cü ilə qədər "Pokrovsk” Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi.  M.Həsənov  2019-cu ildə həbs olunduqdan sonra Rusiyadan deportasiya olunub və hazırda Ukraynada fəaliyyət göstərir. /32gun.az

RƏYLƏR