“Turizm həftəsi” davam edir – FOTO

OXUNUB: 1038 MƏDƏNİYYƏT

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi” elan edib.

 29 sentyabra kimi davam edəcək "Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə "Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

"Turizm həftəsi”nin ilk günləri uşaq sığınacağının sakinləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada olublar. Bələdçi qoruqlar haqqında uşaqlara ətraflı məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb. Onlar qoruqda olan eksponat və tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar./oxu

 

RƏYLƏR