Türk əsgəri Qətərə girdi — SON DƏQİQƏ

OXUNUB: 795 DÜNYA
Türk əsgəri Qətərə daxil olub.


İcmal.Az xəbər verir ki, türk ordusuna məxsus 5 zirehli texnika və 23 hərbçinin Dohaya çatdığı rəsmən elan edildi.

Türkiyə ordu baş qərargahı Qətərdə qurulacaq hərbi bazaya ilk hərbçilərin və texnikanın yerləşdirildiyini rəsmi şəkildə bəyan edib. Açıqlamada deyilir:
"Türkiyə və Qətər arasında hərbi təhsil, əməkdaşlıq və baza yerləşdirmək çərçivəsində aparılan danışıqlardan sonra Türk Silahlı Qüvvələrinin Qətərdə hərbi birləşmə yerləşdirmək prosesinin bir parçası olaraq 22 iyun 2017-ci il tarixində 5 zirehli texnika, 23 hərbçi Dohaya çatıb. Bundan sonra işlər planlaşdırılan qayda üzrə davam edəcək. İctimamiyyətə hörmətlə elan edirik".

Qeyd edək ki, hazırda Qətərdə 88 türk hərbçisi var. Yeni dəstə ilə əsgər sayı 113-ə çatdı. Ramazan bayramından sonra isə birgə hərbi təlimlər start götürəcək.
 
İcmal.Az

RƏYLƏR