Türk müğənninin əri dörd oğlana cinsi istismardan həbs olundu

OXUNUB: 666 ŞOU-BİZNES

29 il öncə Türkiyənin məşhur müğənnisi Bergeni öldürən həyat yoldaşı Halis Serbest ötən gün Adana şəhərinin Kozan bölgəsində dörd uşağa qarşı cinsi istismar etdiyinə görə həbs edilib.

İcmal.Az xəbər verir ki, onlara cinsi yaxınlıq etmək istədiyini deyən dörd oğlanın ifadəsindən sonra 71 yaşlı Halis polis şöbəsinə aparılıb.

Serbest verdiyi ifadədə böhtan atıldığını iddia etsə də, məhkəmə onu günahkar bilərək həbs edib.

Qeyd edək ki, Halis Serbest 1989-cu ildə Bergeni öldürmək günahı ilə həbs edilsə də, bir müddət sonra azad edilmişdi.

İcmal.Az

RƏYLƏR