Türk pilot havada İNANILMAZI bacardı - 151 nəfərin həyatını xilas etdi

OXUNUB: 1323 DÜNYA

Türkiyəli pilot Ümit Atlatırlar Səudiyyə Ərəbistanında bir inanılmazı bacarıb.

 21 may gecə saatlarında Səudiyyə Hava Yollarının Mədinə-Dəkkə səfərini həyata keçirən təyyarəni idarə edən kapitan pilot 151 nəfərin həyatını xilas edib.

Onun idarə etdiyi təyyarə yerə yaxınlaşarkən təkərlərində texniki problem yaranıb, ön təkərlər açılmayıb. Pilot da təyyarəni eniş zolağına burnu üzərində endirib və beləliklə, qəzanın böyüməsinin qarşısını alıb.

Təyyarənin hidrolikində yaranan texniki problemi təsbit edən pilot köməkçisi ilə məsləhətləşərək təhlükəsiz eniş etmək üçün təyyarənin yanacağını tamamilə bitirmək qərarına gəlib. Buna görə də kapitan havada 3 saata yaxın uçuş edib.

Qeyd edək ki, təyyarədə 141 sərnişin, 10 heyət işçisi olub./publika

İcmal.Az

RƏYLƏR