Türk Şurası azərbaycanlı mülki əhalinin Ermənistan hərbçiləri tərəfindən öldürülməsinə kəskin etirazını bildirib

OXUNUB: 1497 index-manşet HADİSƏ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması ilə bağlı kəskin etirazını bildirib. Bu barədə Türk Şurasının baş katibi Ramil Həsənovun imzası ilə türk və ingilis dilində yayılan açıqlamada diqqətə çatdırılır ki, dinc əhaliyə qarşı törədilən hərbi cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilməlidir. Türk Şurası bütün növ terror aktlarını kəskin şəkildə pisləyir, dünyada sülhün və əmin-amanlığın bərqərar olunması üçün cəhdlərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırır.

Açıqlamada iyulun 4-də ermənilərin atəşi nəticəsində həlak olan nənə və nəvəyə Allahdan rəhmət dilənir, onların yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verilir.

RƏYLƏR