Türk Şurası: Xocalı soyqırımı bütün dünyanın ən ağrılı və qanlı hadisələrindən biridir

OXUNUB: 659 SİYASƏT

"Xocalı soyqırımı təkcə Azərbaycanın yox, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biridir".

Bu barədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Ramil Həsənovun bəyanatında bildirilib.

"Bəşəriyyətin şahidlik etdiyi ən qaranlıq gecələrdən biri olan Xocalı soyqırımı, təəssüf ki, tarixdə təkcə Azərbaycan Respublikasının deyil, həm də bütün dünyanın ən ağrılı və qanlı hadisələrdən biri kimi qalıb. 1992-ci il fevralın 26-da Xocalıda baş verən bu insanlıq faciəsinin ağrılarını həmişə hiss edirik”, - bəyanatda deyilir.

Türk Şurası bütün dünyada sülh və sabitliyin olacağına və belə ağrılı hadisələrin bir də heç vaxt təkrarlanmayacağına ümidvar olduğunu bildirib.

 

İcmal.Az

RƏYLƏR