Türk Şurasının Baş katibi Ramil Həsənov Krans Montana Forumunun qızıl mükafatına layiq görülüb - FOTOLAR

OXUNUB: 1251 Seçilmiş index-manşet Önəmli

7NEWS.az-ın məlumatına görə, Şuranın İstanbuldakı Baş qərargahından daxil olan məlumatda mükafatın Krans Montana Forumunun İspaniyanın Barcelona şəhərində keçirilən XXVIII toplantısından sonra verildiyi bildirilib.

Dünyanın önəmli dövlət adamlarına, siyasətçilərinə, diplomatlarına verilən qızıl medala Ramil Həsənov, Türk dilli ölkələr arasında əlaqələrin gücləndirilməsi və dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün apardığı səmərəli işlərə görə verilib. Krans Montana qızıl medalına daha əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Makedoniya Respublikasının prezİdenti, İSESCO baş direktoru, CİCA icraçı direktoru və başqa şəxsiyyətlər layiq görülüblər.

Mükafat mərasimindən sonra Krans Montana Forumunun başqanı Quirine təşəkkür edən Ramil Həsənov, Türk Şurasının fəaliyyəti barədə başqana ətraflı məlumat verərək iki qurum arasındakı əlaqələrin gücləndirilməsinə tərəfdar olduqlarını vurğulayıb. Baş katib Ramil Həsənov Crans Montana Forumu və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq perspektivləri ilə bağlı Türk Şurasının fəaliyyətləri haqqında yerli mətbuata müsahibə verib.

Mərasimdə Ramil Həsənovu Baş katib müşaviri Rəşad Qasımov və Layihə direktoru Yedili Myrzakhanov müşaiyət ediblər.






RƏYLƏR