Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Azərbaycana keçib

OXUNUB: 804 Önəmli AZƏRBAYCAN SİYASƏT
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğız Respublikasından Azərbaycana keçib. Bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının toplantısında Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov deyib. "Türk Şurasına sədrlik Naxçıvan sazişinin 10-cu ildönümündə Qırğızıstandan Azərbaycana keçir”, - deyə Ç. Ayderbekov qeyd edib. Xatırladaq ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilir.

RƏYLƏR