Türkiyə 2 şəhid verdi

OXUNUB: 758 DÜNYA

Türkiyənin Bitlis rayonunun Hizan qəsəbəsində partlayış olub. 

Hadisə PKK terrorçularının yola basdırdıqları partlayıcı qurğunun partlaması nəticəsində qeydə alınıb. Belə ki, həmin ərazidən hərbi maşın keçən zaman partlayış baş verib.

Nəticədə 2 əsgər şəhid olub, 1 mülki şəxs yaralanıb. 

Ərazidə geniş miqyaslı antiterror əməliyyatı başlayıb./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR