Türkiyə, İran və Rusiya Suriya üzrə növbəti görüşün vaxtını təsdiqlədi

OXUNUB: 785 DÜNYA
Astanada Suriyadakı böhranın nizamlanmasına dair beynəlxalq görüşün vaxtı təsdiqlənib.

Bu barədə Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov məlumat verib. Onun sözlərinə görə, görüşün tarixi və iştirakçılar təsdiqlənib.

"İran, Rusiya və Türkiyə öz görüşlərini təsdiqləyiblər. Görüş Astanada 4-5 iyulda keçiriləcək.  Biz də təsdiq edirik ki, görü.ş Astanada keçiriləcək”, - deyə Kairat Abdraxmanov bildirib.

BMT baş katibinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Staffan de Mistura da görüşün keçiriləcyi tarixi təsdiqləyib.

Qeyd edək ki, danışıqların ardından isə Cenevrə danışıqlarının yeddinci dəyirmi masası baş tutacaq. Bu barədə isə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura deyib. Onun sözlərinə görə, dəyirmi masa iyulun 10-da qeydə alınacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dəyirmi masanın iyulun 10-da keçiriləcəyini təsdiqləyib./olke.az
 

İcmal.Az

RƏYLƏR