Türkiyə Mərkəzi Bankı rəqəmsal valyutaya keçidi araşdırır

OXUNUB: 801 İQTİSADİYYAT

Dünyada sürətlə yayılan rəqəmsal valyuta Türkiyə Mərkəzi Bankının diqqətini çəkib. Bank bu sahədə müvafiq işçi qrupunun yaradılmasına qərar verib.

Bankın ödəniş sistemləri üzrə baş direktoru Mustafa Okay bildirib ki, blokçeyn sistemi qısa müddətdə həm banklar, həm də mərkəzi banklar tərəfindən istifadə olunacaq. Onun sözlərinə görə, bu yeniliyə bankların biganə qalması mümkünsüzdür”.

Mustafa Okay bildirib ki, bu sistem hərtərəfli öyrənilərək, dəyərləndirilməli, istifadə zamanı milliləşdirilməlidir.

Dünyada heç bir hüquqi dəstəyi olmayan virtual valyutanın ümumi həcmi 150 milyard dollara çatıb. Artıq virtual valyutaların sayı 113 ədəd təşkil edir. Gündəlik əməliyyatların həcmi təxminən 4 milyard dollardır./oxu

İcmal.Az

RƏYLƏR